Millimiz Moldovaya bu dəfə uduzdu

Millimiz Moldovaya bu dəfə uduzdu

İDMAN

25.10.2019, 16:13

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təlim-məşq toplanışını başa vurub. 
Matc.az saytının məlumatına görə, komandamız yerli komanda ilə ikinci yoxlama görüşündə üz-üzə gəlib.
CPSM stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə nəticələnib. Artyom Voytkanın 52 və 80-ci dəqiqədə vurduğu qollar komandamızın meydanı 0:2 hesablı yenilgi ilə tərk etməsinə səbəb olub.
Qeyd edək ki, iki gün əvvəl bu komandalar arasında keçirilən ilk yoxlama görüşündə yığmamız eyni hesabla qalib gəlib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR