Lalə Şövkətin fəxri lideri olduğu partiya bəyanat yaydı

11-09-2019 [22:43]
Separatçı rejimin işağal olunmuş Dağliq Qarabağda keçirdiyi qanunsuz seçkilərə etirazlar davam edir. Azərbaycan Liberal Partiyası (ALP) da separatçıların keçirdikləri "seçki oyununa” etirazını bildirir.

ALP-nin məbuat xidmətindən Mia.az-a göndərilən bəyanatda deyilir:

"Hayastan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Azərbaycan Konstitusiyasına, qanunlarına suverenliyinə və ərazi bütövlüyünə zidd olaraq separatçı xunta tərəfindən keçirilmiş "yerli özünüidarəetmə orqanlarına seçkiləri” qətiyyətlə pisləyirik.

Azərbaycan Liberal Partiyası hesab edir ki, bu "seçkilərin” heç bir hüquqi əsası və qüvvəsi yoxdur”.

ALP Azərbaycan iqtidarını işğal olunmuş Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonun azad olunması üçün xalqımızın və ölkəmizin imkanlarını səfərbər etməyə, beynəlxaq hüququn yol verdiyi bütün uyğun vasitələrlə topraqlarımızı  azad etməyə çağırır.


SON XƏBƏRLƏR