İki deputat Bişkekə gedir

İki deputat Bişkekə gedir

SİYASƏT

24.05.2019, 17:40

Milli Məclisin (MM) Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev TURKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının 5-ci iclasında iştirak etmək üçün mayın 28-dən 31-nə kimi Qırğızıstanın Biskek şəhərində səfərdə olacaqlar.
Mia.az Milli Məclisə istinadən bildirir ki, iclası komissiyanın sədri, Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov açacaq. 
Gündəlik təstiq edildikdən sonra "Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək” mövzusuna dair müzakirələr aparılacaq və bununla bağlı tövsiyə qərarı layihəsi təsdiq ediləcək.
Toplantıda komissiyanın 6-cı iclasının yeri, tarixi, və gündəliyi də müzakirə olunacaq.
Komissiya üzvləri TÜRKPA-nın 10 illik yubileyinə həsr olunmuş foto sərgi ilə tanış olacaqlar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR