Şriftin ölçüsü / 221 dəfə oxunub

"8 min manata qədər olan maaşlar vergidən azaddır"

15 May 2019 [14:31]
"Vergi ödəmək hər bir şəxsin, o cümlədən də futbolçuların borcudur".

Bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Vergilər nazirinin müşaviri, vergi ombudsmanı Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, futbolçularla ikili müqavilə problemi 2019-cu il 1 yanvar tarixindən Vergi Məcəlləsində edilən dəyişiklər sayəsində aradan qalxa bilər: "Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar. 8 min manata qədər olan maaşlar vergidən azaddır. Bu, görünməyən bir işdir. Bu şərtlər vergi ödəmək istəyən şəxslərin üzə çıxmasına imkan verir. Dövlət sahibkarların sayının artması üçün maksimum təkan verir".

Report


SON XƏBƏRLƏR