"Əsəbləşməyin, ən əsası əsəbləşməməkdir..." - Nazir erməni jurnalisti susdurdu + VİDEO

05-04-2019 [11:41]

"Əsəbləşməyin, ən əsası əsəbləşməməkdir. Siz çox emosionalsınız, bu isə jurnalist üçün çox pis haldır”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Moskvaya gedən zaman təyyarədə Ermənistan jurnalistlərinə açıqlamasında deyib.

Erməni jurnalistlərdən biri Dağlıq Qarabağla bağlı E.Məmmədyarova sual verib. XİN başçısı suala sualla cavab verib: "Qarabağın işğal edilən hansı hissəsi ermənilərə aid ərazi sayılır?”.

E.Məmmədyarov erməni jurnalistə bir məsələnin də izahını verib: "Qarabağ Azərbaycan dilində olan sözdür və rus dilinə "çernıy sad” kimi tərcümə edilir”.

Erməni jurnalist Azərbaycan mətbuatında İrəvan xanlığının Azərbaycanın bir hissəsi olduğu ilə bağlı daim yazılar, sənədli filmlər getdiyini, "Yerevan bizimdir” deyildiyini əsəbi halda söyləyib.

E.Məmmədyarov isə erməni jurnalistə emosialarını cilovlamağı, sakitləşməyi məsləhət görüb və emosionallığın jurnalist üçün çox pis hal olduğunu əlavə edib/Report.






SON XƏBƏRLƏR