ATƏT sədri: "Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasındakı görüş konstruktiv keçib"

ATƏT sədri: \"Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasındakı görüş konstruktiv keçib\"

SİYASƏT

01.04.2019, 15:19

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin fəaliyyətdəki sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə Bratislavada görüş keçirib.
Görüşdə ATƏT-in fəaliyyətdəki sədri Dağlıq Qarabağ məsələsinə dair danışıqlardakı konstruktiv ab-havanı, liderlərin bu münaqişəni sülh yolu ilə həll etməyə sadiq olduqlarını alqışlayıb.
"Biz bu barədə müsbət fikirdəyik və danışıqlar prosesini, atəşkəs rejiminin gücləndirilməsinə, humanitar müstəvidə tədbirlər görülməsinə dair liderlərin öhdəliklərini tam şəkildə dəstəkləyirik”, – M.Layçak bildirib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR