Nazirlikdən Afətin mahnısına videorolik hazırlayan 5 tibb işçisinin qovulmasına reaksiya: "Məhkəməyə versinlər"

15-03-2019 [11:34]
Xəbər verildiyi kimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi beş əməkdaşını işdən qovub. Onların işdən qovulmasına səbəb müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya videorolik hazırlayıb sosial şəbəkələrdə paylaşmaları olub.

Səhiyyə Nazirliyi bu məsələyə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzNews.az-a açıqlamasında bildirib ki, bu, baş həkimlə əməkdaşları arasında baş verən məsələdir:

"Səhiyyə Nazirliyi həkimlə əməkdaşları arasında baş verən hər hansı məsələyə qarışa bilməz. İşdən çıxarılan əməkdaşlar hələ ki, məhkəməyə müraciət etməyib. Əgər işçilər hüquqlarının pozulduğunu düşünürlərsə və doğrudan da işlərinə geri qayıtmaq istəyirlərsə, məhkəməyə versinlər və məsələni hüquqi qaydada həll etsinlər”.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...