1100-dək ağac oğurlayan şəxs tutuldu - DİN-dən açıqlama

11-01-2019 [17:45]
Tərtərdə ağac oğurlayan şəxs tutulub.

DİN-dən Mia.az-a verilən məlumata görə, yanvarın 9-da Tərtər rayon sakini Eldar Yusubov RPŞ-yə müraciət edərək Seyidimli kənd ərazisində yerləşən ona məxsus əkin sahəsindən Eldar Şamı və Kiparis ağaclarının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal əməliyyat qrupu yaradılıb, əkin sahəsinə baxış keçirilib:

"Baxış zamanı 413 ədəd Kiparis, 43 ədəd Eldar Şamı ağacının, eləcə də 600 ədəd Eldar Şamı şitilinin oğurlandığı və E. Yusubova 2434 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Seyidimli kənd sakini Abbasov Ərəstun saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib".

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR
14:14 18.06.2019
Yeni nazir təyin olundu
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi