"Ordunun güclü, qüdrətli olması Azərbaycan dövlətinin güclü və qüdrətli olması deməkdir" - Vüqar Rəhimzadə

img

18-12-2018 [18:18]


"Ordunun güclü, qüdrətli olması Azərbaycan dövlətinin güclü və qüdrətli olması deməkdir. Təbii ki, ordu ilə bağlı qarşıya qoyulan vəzifələr prioritetdir. Buna nail olmaq üçün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər lazımi tədbirlər görülür və qərarlar verilir".

Mia.az xəbər verir ki, bu sözləri KİV-ə açıqlamasında "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycan Ordusunun şəxsi heyətinin əhval-ruhiyyəsi, döyüş qabiliyyəti, maddi-texniki təminatı yüksək səviyyədədir: "Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması adi bir fikir, söz deyil. Hətta el arasında belə bir deyim var: Ordun varsa yurdun var, ordun yoxsa yurdun yoxdur.

Milli Ordumuzun güclü, qüdrətli olması işğal altındakı torpaqlarımızın azad edilməsinə gedən yoldur. Bu baxımdan Prezident İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərməsi, dövlətimizin başçısı tərəfindən yüzlərlə hərbi qulluqçunun mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan ardıcıl addımlar çox vacib məsələdir. Bu baxımdan Prezident İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verilməsi mərasimində iştirakı və mənzillərin orderlərini hərbi qulluqçulara şəxsən təqdim etməsi onlara dövlət səviyyəsində diqqət və qayğının bariz nümunəsidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq