Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub, ölən və yaralanan var

img

18-12-2018 [13:34]


Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.

Hadisə Goranboy rayonunun "Goran Stansiyası" ərazisində baş verib.

Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri - 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır.
"Report"



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı