Prezident yeni icra başçısı təyin etdi - İlham İsmayılov kimdir?

img

17-12-2018 [16:00]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncama əsasən, İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, İlham İsmayılov yeni vəzifəsinə qədər həmin şəhərdə icra başçısının birinci müavini işləyib.

Onu da qeyd edək ki, prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı