14-12-2018 [10:58]
Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclası keçirilib.
Bu barədə Mia.az-a VK-dan məlumat verilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb, hazırda VK-nın regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.
Həmçinin iclasda VK-nın "Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması məsələsinə baxılıb, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilib, təşkil olunacaq Komitəyə VK-nin üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınıb.
Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək "Entilex Law Group” və Sumqayıt regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul edilib, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb.
İclasda vəkillər barəsində başlanılmış 40 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, üzrlü səbəb olmadan üzvlük haqqının 6 aydan artıq müddətə ödənilməməsi səbəbilə 2 vəkilin fəaliyyətinin dayandırılaraq VK-nın üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub.
Həmçinin 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib, 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 6 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
Qəzzada ölənlərin sayı 34 min 943-ə yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib - FOTOLAR
Prezident və birinci xanım Mamayı məscidinin açılışında - FOTOLAR
Taylandda qızmar hava: 61 nəfər ölüb
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
Ceyhun Bayramov Qazaxıstanda - XİN başçıları arasında 4 saatlıq görüş olub (FOTO) - YENİLƏNİB
Qırmızı bülletenlə axtarılan rusiyalı kriminal Antalyada tutulub
Türkiyədə Ali Məhkəmə sədrliyinə 36-cı dəfə seçki keçiriləcək - Namizədlərdən biri geri çəkilib
Prezident İlham Əliyev Qarabağ zonasında - Şuşanın ilk sakinləri ilə görüş + ÇIXIŞ (FOTOLAR) - Yenilənib
Bakı və Abşeronda hava şəraiti dəyişəcək
İstanbulda çörəyin qiyməti qalxıb - 31,25 faiz
Yəhudi millətçiləri BMT-yə bağlı qurumun ətrafına od vurub - Quterreşdən etiraz gecikmədi
Rusiya Ukraynanı addım-addım ələ keçirir: "Novokalinovo qəsəbəsini nəzarətə götürdük"
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Ali Koç cəzalandıırlıb
Deputat: "Növbədənkənar seçkilər olmaya da bilər" - "Partiya kimi namizəd kimi görəcəksə, o, seçkiyə gedəcək"
Sabunçu rayonunda əməliyyat: saxlanılan var
Koleclərə qeydiyyat başlayıb
Mehriban Əliyeva: "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
Afrikanın daha bir ölkəsində epidemiya yayılır - 156 nəfər ölüb
“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?" - Şeyxin qudası
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
SABİQ REKTORA AĞIR CƏZA VERİLDİ: "O, məndən yazırdı..." - Qətl işi
"Atəşgah Həyat" sığorta şirkətinin rəhbər şəxsi cərimələnib
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Çempionlar Liqasının finalı: "Borussiya Dortmund" 20, yoxsa 25 milyon avronu seçəcək?
Mayın 11-12-də maqnit qasırğası gözlənilir
Azərbaycan nefti cüzi bahalaşıb
YAP parlament seçkilərinə hazırlaşır - Tahir Budaqov açıqladı
ƏƏSMN-də maraqlı təyinatlar: nazir müavinin qaynı nazirliyin strukturlarına necə nüfuz edir? - TƏFƏRRÜAT (FOTOLAR)
Dövlət qulluğuna imtahan keçiriləcək - Açıqlama
Belçikada telekanal "Eurovision"un yayımını kəsdi, İsraili qınadı: "Bu, bir həmrəylik aksiyasıdır"
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR
Prezident İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
Türkiyədə 7 polis saxlanılıb - “Qarson”un ifadəsi əsasında
YAP funksioneri: "Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir"
Saatlı Rayon Polis Şöbəsində daha bir dəyişiklik olub