ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Ərdoğan Putindən xahiş etdi: “Onları azad edin” - mia.az
Şriftin ölçüsü / 298 dəfə oxunub

Ərdoğan Putindən xahiş etdi: “Onları azad edin”

07 Dekabr 2018 [16:37]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putindən Kerç insidenti zamanı ələ keçirilən ukraynalı dənizçiləri sərbəst buraxmasını xahiş edib.

Bu barədə Ərdoğan özü jurnalistlərə açıqlamasında deyib.

"İnsidentdən sonra mən hər iki tərəflə - əvvəlcə Putinlə, sonra Poroşenko (Ukrayna prezidenti) ilə telefonla danışdım, daha sonra isə Argentinada ("G20” sammitində) söhbət etdik. Dənizçilərin azad edilməsi barədə xahişi Putinə çatdırdım. Hadisələrin inkişafına baxacağıq və ümid edirəm ki, onlar bu xahişi müsbət qarşılayacaqlar. Bildiyim qədərilə, indi insidentin araşdırılması prosesi gedir. Araşdırmadan sonra qərar qəbul olunacaq. Bu cür hallarda biz sadəcə xahiş edə bilərik, bundan o tərəfə keçməyəcəyik”, – deyə Ərdoğan bəyan edib.

Qeyd dək ki, 25 noyabrda Rusiya Ukraynaya məxsus 2 kiçik artilleriya və bir yedək gəmisini Kerç boğazından keçərək Azov dənizinə daxil olmağa çalışarkən ələ keçirib. Gəmilərin 24 nəfərlik heyət üzvləri də saxlanılıb. Kerç insidenti Moskva ilə Kiyevin münasibətlərində yeni gərginlik yaradıb. Poroşenko bunu təcavüz aktı kimi qiymətləndirsə də, Kreml Rusiyanın su sərhədlərinin pozulduğunu iddia edir.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR