Ramil Usubov 5 rayondan vətəndaşları qəbul edəcək - Qəbul

08-11-2018 [12:30]

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il noyabr ayının 24-də saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Mia.az DİN-ə istinadən bildirir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər: "Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər".



SON XƏBƏRLƏR