Rusiyanın “Rubin” futbol klubu avrokuboklardan kənarlaşdırılıb - Səbəb

img

18-10-2018 [13:55]


Rusiyanın "Rubin” futbol klubu avrokuboklardan kənarlaşdırılıb.

"Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kazan təmsilçisi növbəti iki mövsümdə Avropa futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək. Qərarı UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatası qəbul edib.

Tatarıstan komandası 2014-cü ildə maliyyə şəffaflığına riayət etmədiyi üçün sanksiya ilə üzləşib. Reqlamentə əsasən, cəza alan klub sınaq müddətində tam şəkildə maliyyə "fair play” qaydalarına əməl etməlidir. "Rubin” isə 2017/2018 mövsümündə öhdəliklərini düzgün yerinə yetirməyib.

Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.

Qeyd edək ki, "Rubin”in avrokuboklarda ən böyük uğuru 2012/2013 mövsümünə təsadüf edib. "Neftçi” ilə eyni qrupda yer alan Kazan təmsilçisi 1/4 finaladək irəliləyib. Qrup oyunlarında Azərbaycan komandasını hər iki oyunda 1:0 hesabı ilə yenən Kurban Berdıyevin baş məşqçi olduğu komandanı yarımfinala gedən yolda İngiltərənin "Çelsi” komandası büdrədib (3:1, 2:3). "Rubin" 2008 və 2009-cu illərdə Rusiya çempionu olub. Hazırda "Neftçi"nin kapitanı olan Ruslan Abışov 2013 - 2015-ci illərdə müqavilə üzrə Kazan klubuna məxsus olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq