Şriftin ölçüsü / 226 dəfə oxunub

Bakıda 16 yaşlı oğlan balkondan yıxılıb öldü

13 Sentyabr 2018 [16:28]

Bakıda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Mia.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 7, mənzil 33-də yaşayan, 2002-ci il təvəllüdlü Əhmədov Kamran Eldar oğlu yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.




SON XƏBƏRLƏR