ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Ağdam sakini komitədə mənzil davasına çıxdı, maşını ilə yolu kəsdi - Həbs olundu - mia.az
Şriftin ölçüsü / 322 dəfə oxunub

Ağdam sakini komitədə mənzil davasına çıxdı, maşını ilə yolu kəsdi - Həbs olundu

11 Sentyabr 2018 [19:57]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom”) sentyabrın 11-də vətəndaşların növbəti qəbulu keçirilərkən xoşagəlməz hadisə baş verib.

Komitənin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qəbula gəlmiş Ağdam rayon sakini Ağayev Yaşar Bəkir oğlu məcburi köçkün kimi ona da mənzil verilməsi barədə tələbinin yerinə yetirilməməsini bəhanə gətirərək idarə etdiyi "Mercedes” markalı avtomobillə Tibilisi prospektinin Dövlət Komitəsinin qarşısından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırmağa cəhd göstərib:

"Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerində olan polis əməkdaşları və Dövlət Komitəsi işçiləri qayda pozuntusunun qarşısını almaq məqsədilə təcili tədbirlər görüb, avtomobili yolun hərəkət hissəsindən kənara çəkiblər.

Vətəndaş Ağayev Yaşar Bəkir oğlu yenidən Komitəyə dəvət olunub, ona mənzil tələbinin indiki mərhələdə həlli üçün qanuni əsasların olmadığı bir daha izah edilib.

Bundan sonra Y.Ağayev ictimai asayişin pozulmasına səbəb olan hərəkətə yol verdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində mövcud qanunvericiliyə uyğun hüquqi tədbirlər görüləcək".


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR