Yeniyetmələr arasında İİV-in profilaktikası: həyatını “eksperiment”ə çevirməyi sevənlərlə necə dil tapmalı?

img

15-08-2018 [10:43]


İİV (HİV-AİDS) virusu ilə dünyada 37 min insan yaşayır. Hər il 1,8 milyon yeni yoluxma halı qeydə alınır. 

Çox narahatedici haldir ki, bu statistikada yeniyetmələrin sayı daha da artır. İİV virusu ilə yaşayanların 50%-dən çoxunu 13-29 yaş arası insanlar təşkil edir: yeniyetmələr, gənclər, yəni işlək yaşda olanlar.

Yeniyetmələr (məktəb yaşda olanlar) arasında İİV-ə yoluxmanın spesifik cəhətləri artıq illərdir, araşdırılır. Bu xüsusda aparılan müxtəlif tədqiqatların nəticələri əsasında məhz bu yaşlarda (13-29) İİV-lə yoluxmanın səbəblərini bir neçə hissəyə bölmək olar:

- Erkən yaşlarda cinsi əlaqələrə başlamaya cəhd etmə (ilk təcrübələr). Bu yaşlarda hələ cinsi həyata dair biliklərini dostlardan, müxtəlif informasiya mənbələrindən alan yeniyetmələrdə təhlükəli davranışlara dair heç bir məlumat olmur. Yaxud belə informasiya sadəcə, ciddi qəbul edilmir. Digər tərəfdən, psixoloqlar belə halları özünütəsdiq cəhdləri ilə əlaqələndirilər. Bu, əslində heç bir problem yaratmayan, "asan” cinsi münasibətlərə (məhəbbət və evliliklə baglı olmayan) can atmadır. Lakin bir o qədər də təhlükəlidir. Bu cinsi əlaqələr yeniyetmələrdə ciddi saglamlıq təhlükəsi yarada bilər. 

- Erkən cinsi əlaqələrlə yaşıdlardan, kollektivdən seçilmə - Bunun arxasında adətən, siqaretə və narkotikə başlama dayanır. Yeniyetməni məhz bu zamanlarda ciddi müşahidə etmək narkotik və siqaretin də vaxtında üzə çıxarılmasına yardım edə bilər. Bu xüsusda ən böyük dəstəyi yaşıdlardan almaq olar: onlar öz aralarında seçilən "bərkgedən” oglanı (və ya qızı) sizə daha yaxşı nişan verə bilər. Ailədən ayrı düşən yeniyetmələri isə aşkar etmək çətin deyil: onsuz da ailə ilə bagları qopan, dagılan ailələrdə böyüyən yeniyetmələrdəki psixoloji gərginlikləri asanlıqla ayırd etmək olur: onlar özlərini ətrafdakılara "sübut” etmək üçün içkini və siqareti daha nümayişkaranə istafadə edə bilər.

- Yetkinlik yaşına çatmayanlara qarşı müxtəlif seksual cinayətlər, şübhəsiz ki, İİV-ə yoluxma statistikasında bəlli bir yeri tutur.
- Təsadüfi cinsi əlaqələrdə qoruyuculardan (prezervativ, kontraseptivlər) istafadə olunmaması, bu barədə informasiyanın yalnışlıgı.
- Yeniyetmələrin İİV -ə yoluxma yolları barədə kifayət qədər məlumatının olmaması.

İİV-in profilaktikası ilə baglı tədbirlərə yeniyetmələrin cəlb edilməsinin vacibliyi son illərin statistikasında daha çox özünü göstərir. 

Məsələn, əgər hər hansı bir ölkədə yeniyetmələr əhalinin 30%-ni təşkil edirsə, bu, artıq  böyük bir  risk qrupunun olması deməkdir. Yeniyetmələrlə profilaktik  iş potensial risk qrupu olaraq, bəzi xüsusiyyətləri ilə seçilir. 

Bunlardan biri yeniyetmələrin informasiyaya adekvat yanaşma tərzidir: hansı formada çatdırılmasından asılı olmayaraq, yeniyetmələr informasiyanı açıq ürəklə, hətta əyləncəli qəbul edirlər. Yəni, informasiyaya "arxa çevirmək” yoxdur. Məhz bu baxımdan yeniyetmələr profilaktik tədbirlərdə həm də əvəzsiz dostlardır: onların könüllü olaraq dəstəyindən  istifadə etməyi bir sınaqdan keçirin. 

Yeniyetmələr informasiyanı qulaqardına vermer, hətta ən maraqsız xəbər belə onların yaddaşının bir hissəsinə həkk olur: bəzi eksperlər yeniyetmələrdə fikir dagınıqlıgının oldugunu əsas gətirərək onlarla ciddi söhbətlərin faydasız oldugundan əmindir. Amma bu, tamamilə yanlışdır. Yeniyetmələr həyatı eksperimentə çevirməyi xoşlasa da, onlar təhlükəsiz yolları da da eksperiment etməkdən çəkinmir və  müasir dünyanın çətinliklərinə adaptasiya edirlər.

Yeniyetmələr arasında İİV-in profilaktikası bir sıra vacib komponentləri özündə əks etdirməlidir. İlk növbədə riskin azaldılması vurgulanmalıdır. Onsuz da bu təsadüfi cinsi münasibətlər mövcud olacaq, lakin çalışmaq lazımdır ki, bu münasibətlərdən gələn zərər atrmasın. Ekspertlər hesab edir ki, əgər biz informasiyanı düzgün çatdırsaq və mesajlar gücləndirilsə, onda İİV-in yeniyetmələr arasında yayılmasını 2 dəfəyə qədər azaltmaq olar.

Orxan Əzizov 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR