"Bu böhrandan uğurla çıxacağıq" - Türkiyə parlamentinin sədri

img

14-08-2018 [12:24]


Türkiyə parlamentinin sədri Binəli Yıldırım ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, spiker ABŞ-ın sanksiyasından sonra ölkə iqtisadiyyatında baş verən dalğalanmadan narahat olmadıqlarını deyib: "Xalqımız Türkiyəyə qarşı oyunu görür. Ancaq bilsinlər ki, öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur. Bu böhrandan uğurla çıxacağıq".

Xatırladaq ki, ABŞ-ın sanksiyasından sonra dollar ölkədə sürətlə bahalaşıb. Belə ki, sanksiyaya qədər dollara nisbətdə 4.84 civarında olan lirə hazırda 6.70 həddindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR