Şriftin ölçüsü / 179 dəfə oxunub

Rus jurnalistdən Orxan Camalın qətli haqda sensasion iddia: "Sürücü onları bilərəkdən killerlərə tərəf aparıblar..."

05 Avqust 2018 [11:49]

Mərkəzi Afrika Respublikasında "Vaqnerin ordusu” kimi tanınan Rusiya muzdlularının fəaliyyətini araşdırmaq üçün Mixail Xodorkovkinin ayırdığı vəsaitlə sənədli film çəkməyə gedən jurnalistlərin qətli ilə bağlı yeni sensasion versiya irəli sürülüb.

Virtualaz.org xəbər verir ki, Orxan Camalın və yoldaşlarının öldürülməsinin arxasında Rusiya kəşfiyyatının dayana biləcəyi haqda qənaətlərin getdikcə yayıldığı bir vaxtda jurnalist və teleaparıcı, "Rosneft”in mətbuat xidmətinin rəhbəri Maksim Şevçenko özünün "Facebook” səhifəsində bu qətlin arxasında dayanan başqa dövlətə eyham vurub.

Orxan Camalın yaxın dostu olan Şevçenkonun sözlərinə görə, bu dördüncü konspiroloji versiyadır. Onun fikrincə jurnalistləri bilərəkdən killerlər qrupuna tərəf aparıblar və bunu marşrutdan yayınan sürücü edib.

O əlavə edib ki, əgər qətldə Rusiyanın əli olardısa sənədli filmin dayandırılması üçün "milyon dəfə sadə üsula” əl atılardı. Çəkiliş qrupunun rəsmi akreditasiyası yox idi, turist vizası isə jurnalist fəaliyyəti göstərməyə icazə vermirdi. Ona görə də "asanlıqla və məcburiyyətə yol vermədən”, bir telefon zəngi ilə, yerli hakimiyyətin əli ilə jurnalistlərin əlindən pasportlarını almaq, onları üç sutkalıq həbs etmək və daha sonra ölkədən deportasiya etmək olardı.

Maksim Şevçenko diqqəti buna cəlb edir ki, Orxan Camal HƏMAS-ı , Fələstin müqavimət hərəkatını müdafiə edib, bu ilin yazında əl-Qüdsdən döyüş reportajları hazırlayıb. Bu da müəllifi daha bir versiyaya istiqamətləndirir.

"Yer üzündə bir dövlət var ki, öz düşmənlərini dünyanın istənilən nöqtəsində öldürməyə adət edib və bunu normal sayır”-Şevçenko İsrailə eyhamla yazır. O, əlavə edir ki, Orxan Camalın pasportu və telefonu Fələstindən uçarkən diqqətlə araşdırılıb. "Biz qatilləri və sifarişçiləri tapacağıq”-Şevçenko bildirib.

Qeyd edək ki, son məlumatlara görə Orxan Camalın çəkiliş qrupunu aparan və silahlıların hücumundan sağ çıxan sürücü hazırda Mərkəzi Afrika Respublikasında saxlanılır. Onun ifadəsi alınır, dindirilir. Sürücü iddia edib ki, çəkiliş qrupuna hücum edənlər türbanlarda olsalar da nə fransız, nə ərəb, nə yerli dildə danışmırdılar. Onlar çəkiliş qrupunun başa düşdüyü hansısa başqa dildə danışırdılar və qrupun xüsusən iri cüssəli, muskullu üzvü (Orxan Camal) ilə maraqlanırdılar.

Virtualaz.org



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...