Şriftin ölçüsü / 126 dəfə oxunub

"Azərsu" gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Bayramla bağlı abonentlərə müraciət

14 Iyun 2018 [14:38]
15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-dən Mia.az-a verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək:

"Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər".


SON XƏBƏRLƏR