"Azərbaycan Prezidenti avqustun 30-da yenidən Rusiyaya səfər edəcək" - Putin

img

13-06-2018 [15:14]


"Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da yenidən Rusiyaya səfər edəcək"

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

"İkitərəfli münasibətlərimizə gəlincə, onları Siz avqustun 30-da Rusiyaya səfər edərkən hərtərəfli müzakirə edəcəyik", - V.Putin deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR