"Bəzi yüksək rütbəli məmurlar prezidentin tapşırıqlarını sabotaj edirlər" - Etiraz

img

26-05-2018 [20:13]


İki gündən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bununla bağlı prezident İlham Əliyev bu möhtəşəm yubleyin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam verib.

Bu barədə mia.az-a danışan AMİP Siyasi Şura üzvü Əli Orucov AXC-nin 100 illik yubleyinin sönük, lazımi səviyyədə keçirilməməsindən narazı olduğunu bildirib: 

"Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən olan, müsəlman Şərqinin ilk demokratik cümhuriyyətinin yaranmasının 100 illiyini sıradan bir gün kimi qeyd edilməsi əsla qəbul edilməməlidir. Üçrəngli ay ulduzlu bayrağımızı dünyanın o mürəkkəb və çətin dönəmlərində ucaltmağı və 23 ay dalğalandırmağı bacaran istiqlal mücahidlərimizin ruhuna hörmət əlməti olaraq şəhərin küçələrində bəzədilməməsi cavabdeh vəzifəli şəxslərin xalqın dövlətçilik irsinə sayğısızlığın göstəricisidir. Bir-iki tədbirlə, belə möhtəşəm yubleyi yola vermək olmaz. Prezident rəsmən 2018-ci ili "Cümhuriyyət ili” elan edibsə, yubley tədbirləri ilin sonunadək silsilə şəkildə davam etdirilməlidir. AXC-nin irsi təbliğ olunmalıdır, buna sahib çıxılmalıdır. 
Məncə, bəzi yüksək rütbəli məmurlar həm prezidentin sərəncam və tapşırıqlarını sabotaj edirlər, həm də AXC irsindən çəkinib qorxurlar".

AMİP funksioner onu da vurğulayıb ki, ictimiyyətin özü də fəal və tələbkar olmalıdır. Dövlətçilik ənənəsinə, irsinə və dəyərlərinə sahib çıxmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq