Şriftin ölçüsü / 555 dəfə oxunub

Türkiyənin ABŞ-dakı səfiri geri çağırıldı - Diplomatik kriz dərinləşir

16 May 2018 [19:40]

Türkiyənin Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Serdar Kılıç Ankaraya çağrılıb.

İsrail və Fələstin arasındakı toqquşmalara görə, Vaşinqton və Tel-Əvivi ittiham edən Ankara ABŞ-dakı səfirini müvəqqəti olaraq Ankaraya çağrılıb. 

Səfirin bundan sonrakı siyasi proseslərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparılacağı bildirilib. 

Səfir baş verən olayların ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qəzzaya köçürülməsindən sonra başladığını vurğulayıb.

Qeyd edək ki, son bir neçə gün ərzində Qəzza zolağındakı toqquşmalarda öldürülən fələstinlilərin sayı 63-ə çatıb.




SON XƏBƏRLƏR