"Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz" - Ərdoğan

\"Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz\" - Ərdoğan

DÜNYA

15.05.2018, 10:27

"Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
R.T.Ərdoğan bildirib ki, Rusiya Türkiyənin regionda strateji tərəfdaşlarından biridir: "Türkiyə-Rusiya münasibətləri hazırda ən yüksək səviyyədədir".
Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin (ZRK) alışına da toxunan dövlət başçısı qeyd edib ki, bu məsələ ABŞ-ı və NATO ölkələrini narahat etməməlidir: "NATO üzvü olan Yunanıstan Rusiyadan S-300 ZRK-ları alanda ABŞ narahat olmamışdı".
ABŞ tərəfdən gözlənilən sanksiyalara gəlincə, Prezident bildirib ki, Vaşinqton sanksiyalardan danışmaq əvəzinə Türkiyəyə dəstək verməlidir/Trend

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR