Azərbaycanla sərhəddə antiterror əməliyyatı - FTX 11 terrorçunu məhv elədi

img

26-04-2018 [23:50]


Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.    

Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.    

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv ediliblər. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR