CHP-dən Akşenerin namizədliyinə reaksiya: "Elə bir şey yoxdur, biz sadəcə..."

img

23-04-2018 [15:10]


Türkiyənin İYİ partiyasının lideri Meral Akşenernin CHP-nin də prezidentliyə namizədi olacağı günün mövzusudur.

Mia.az Türkiyənin "Habertürk TV"yə istinadən bildirir ki, müzakirələrlə bağlı CHP-nin parlamentdəki qrup başqanı Özgür Özel açıqlama verib.

O,  deyib ki, Meral Akşenerin ortaq namizəd olması müzakirə mövzusu deyil: "Elə bir şey yoxdur. Biz sadəcə Akşenerin seçkiyə getməsinə qarşı planı əngəllədik. CHP prezidentliyə öz namizədini çıxaracaq".

Partiya lideri Kılıçdaroğlunun ən güclü namizəd olduğunu deyən Özel bildirib ki, əgər seçkidə ikinci tur söhbəti çıxarsa, bütün tərəflərin səsini ala biləcək namizəd üzərində axtarış aparırlar: "Kamal bəy hələlik bu istiqamətdə hərəkət edir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR