Şriftin ölçüsü / 625 dəfə oxunub

Hansı hallarda KİV-ə senzura və məhdudiyyət qoyulacaq? - Layihə Milli Məclisdə

17 Aprel 2018 [12:19]
Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Əlavələrə görə, hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər.

O da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

Layihə MM-in plenar iclasına tövsiyə olunub/APA


SON XƏBƏRLƏR