AŞPA həmməruzəçiləri yenə Azərbaycana gəlir - Bu tarixdə

img

16-04-2018 [15:26]


 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçiləri bu il iyun ayının birinci yarısında Azərbaycana səfər edəcəklər.

Bu barədə AŞPA-nın həmməruzəçisi Ştefan Şennak bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar.

Xatırladaq ki, həmməruzəçilər Sezar Florin Preda və Ştefan Şennak aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində AŞPA müşahidə missiyasının heyətində Bakıda olublar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR