Yaponiyada şok hadisə - Hakerlər 6,3 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

img

22-03-2018 [17:07]


Naməlum hakerlər 2017-ci il ərzində Yaponiyada 6,3 mln. dollar həcmində kriptovalyuta oğurlayıblar.

TASS xəbər verir ki, ötən il ölkədə hakerlər tərəfindən kompyuter sistemlərinin sındırılması vasitəsilə kriptovalyuta oğurlanması ilə bağlı 149 fakt qeydə alınıb.

Məlumata görə, bütün hallarda bu, birbaşa virtual pul kisəsinə daxil olmaqla törədilib.

Qeyd edək ki, dünyadakı ən böyük kriptovalyuta oğurluğunun (548 mln. dollar) üstü hələ də tam açılmamış qalıb. İlkin məlumatlara əsasən bu oğurluq Yaponiyanın "Coinchek” kriptovalyuta birjasında kompyuterlərə xüsusi virus göndərilməsi ilə törədilib. Hadisə 2018-ci ilin yanvar ayında baş verib. Araşdırma zamanı məlum olub ki, virus sistemə elektron poçta vasitəsilə göndərilib. Martın 12-də "Coinchek” birjası müştərilərinə kompensasiya ödəyib. Nəticədə, 260 min nəfər cəmi 437 mln. dollar həcmində kompensasiya alıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR