Prezidentliyə namizədlərin debatı nə vaxt başlayacaq? - MSK sədri açıqladı

img

19-03-2018 [13:46]


"Bu gündən etibarən prezidentliyə namizədlər İctimai Televiziya və Radioda debatlara çıxacaqlar”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rol və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

MSK sədrinin sözlərinə görə, radioda namizədlərin çıxışı saat 19:00, televiziyada isə saat 22:00-da başlayacaq.

"İTV-də prezidentliyə namizədlərin iştirakı ilə keçiriləcək "Dəyirmi masa”ların dəqiq vaxtı bu gün keçirəcəyimiz iclasdan sonra bəlli olacaq”.

M.Pəhanov bildirib ki, seçkiləri izləmək üçün kifayət qədər beynəlxalq və yerli müşahidəçi qeydə alınıb: "Seçkini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da müşahidə edəcək. Artıq DTİHB-nın uzunmüddətli missiyası fəaliyyətə başlayıb və qurumun 280 nəfər qısa müddətli müşahidəçisi gələcək”.

MSK sədri seçkilərdə baş verən proseslərin ictimaiyyətə düzgün çatdırılmasında KİV-lərin böyük məsuliyyət daşıdığını vurğulayıb: "Xaricdən maraqlı tərəflər KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etmək cəhdləri edir. İndiyə qədər KİV-lər bu cür hallara yol verməyib və inanıram ki, seçkilər zamanı da KİV-lərin nümayəndələri özlərini bölglərdə xalqına xidmət edən bir qurumun nümayəndəsi kimi hiss edəcəklər”.

M.Pənahov əlavə edib ki, dünyanın müxtəlif ölkələrində seçki ilə bağlı xırda nöqsanların kənar qüvvələr tərəfindən şişirdilməsi hallarına rast gəlinir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq