Şriftin ölçüsü / 694 dəfə oxunub

Prezident fərman verdi - Dövlət Sosial Müdafiə Fondu ilə bağlı dəyişiklik

14 Mart 2018 [19:52]
Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Mia.az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.1-ci bəndə "sığortası” sözündən sonra ", işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.2. 2.1.2-ci yarımbəndə "uçotdan çıxarılması,” sözlərindən sonra "sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması,” sözləri əlavə edilsin;

1.3. 3.1.3-cü yarımbəndə "sığorta haqlarının” sözlərindən sonra "və "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda sığorta haqqının” sözləri əlavə edilsin;

1.4. 3.1.8-ci yarımbəndə "sığortası” sözündən sonra "və işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.5. 3.1.10-cu yarımbəndə "etmək” sözündən sonra "və işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək” sözləri əlavə edilsin;

1.6. 3.1.11-ci yarımbənd çıxarılsın;

1.7. aşağıdakı məzmunda 4.1.3-1-ci və 4.1.3-2-ci yarımbəndlər əlavə edilsin:

"4.1.3-1. sığortaedənlərdən öz işçilərinin işsizlikdən sığorta edilməsini, sığorta haqlarının düzgün hesablanmasını, vaxtında və tam məbləğdə sığortaçıya ödənilməsini tələb etmək;

4.1.3-2. sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;”.

2. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.


SON XƏBƏRLƏR
11:32 25.06.2018
Mənim 26 iyun təbrikim