Qadının çılpaq şəkillərini sosial şəbəkədə yaymaqla hədələdi - Bakıda şantaj

img

12-03-2018 [22:08]


Bakının Qaradağ rayonunda qadının şantaj olunması barədə polisə məlumat daxil olub.

Martın 9-da Bakı şəhər sakini Aynurə Babayeva (ad- soyad şərtidir – red.) Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.

O, 2017-ci ilin mart ayından cari il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələdiyini deyib. Qeyd edib ki, Miryusif Məmmədov şantaj hesabına ondan 5140 manat və 4000 dollar alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb/Teleqraf.


Digər xəbərlər
SON XƏBƏRLƏR