Ermənistan ordusuna məxsus kvadrokopter ələ keçirildi - Füzuli istiqamətində + FOTO

img

21-02-2018 [19:13]


Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR