“Vor zakon”ların dəqiq sayı açıqlandı – Siyahıda azərbaycanlılar da var

img

21-02-2018 [11:12]


İyun ayında Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Rusiya "qanuni oğru”ların aktiv deportasiyasına başlayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, futbol öncəsi "qanuni oğru”ların öz ölkələrinə deportasiyası həyata keçirilir.

Hazırda 51 yaşlı Aslan Kabuladze və Suliko Şarikadzenin Gürcüstana, 43 yaşlı Kamçibek Kolbayevin isə Qırğızıstana deportasiyası gündəmdədir.

Buna qədər, Baçuka Paçuliya (Pontiyski) Gürcüstana, Dadaş Bakinski isə Azərbaycana deportasiya edilmişdi.

XX əsrdən başlayaraq Rusiya ərazisində 5 min "qanunda oğru” mövcud olub. Onlardan bir qismi xaricdə, bir qismi həbsxanada, bie qismi isə sui-qəsdlər zamanı ölüb.

Hazırda 432 "qanunda oğru”nun aktivliyin saxladıqları bildirilir. Onların 318-i azadlıqda, 114-ü həbsxanada, 31-i istintaq altında və 19-u isə axtarışadır.

Kriminal aləmdəki "qanuni oğru”ların 242-si gürcü, 51-i rus, 30-u erməni, 26-sı yezid,16-sı azərbaycanlı, 10-u abxaz, 8-i çeçen və 7-si yəhudidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR