“Yalan deyirlər, hələ heç kəsə kirayəpulu verilməyib” - İcra başçısının yalanını çıxardılar

img

19-02-2018 [15:41]


Bayıldakı sürüşmə ərazisində mənzil sahibi olan jurnalist Elməddin Muradlı kirayə haqqının gecikdirilməsindən şikayətçidir. 

Mia.az xəbər verir ki, Bu barədə Modern.az-a danışan jurnalsit deyib ki, əslində kirayə haqqı 21 gün əvvəl, hadisələr baş verən günün səhərisindən ödənilməli idi:

"21 gün əvvəl hadisə baş verən gün Səbail rayon İcra Hakimiyyəti məlumat yaymışdı ki, "vətəndaşlara kirayə haqqı verib köçürtmüşük”. Amma yalan idi, heç kəsə kirayəpulu verilməyib. Kirayəpulu hələ indi müəyyənləşdirilib və deyiblər ki, sabahdan ödənilməyə başlayacaq. Hazırda biz də hamı kimi qohum-qardaş evində qalırıq”.

E.Muradlı birdəfəlik kompensasiya verilib-verilməyəcəyi ilə bağlı da konkret söz deyilmədiyini bildirib:

"Soruşduqdca deyirlər ki, komissiya toplanacaq. Komissiyanın qərarına uyğun addım atılacaq. Kompensasiya veriləcək ya yox, bilmirik. Konkret deyilən odur ki, sabahdan 11 aylıq kirayə haqqı ödənilməyə başlayacaq”.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün verdiyi açıqlamada Bayıl sürüşmə zonasında ilkin mərhələdə 67 ailəyə kirayə haqqı ödəniləcəyini bildirib. Kirayə haqqının aşağı məbləğinin 260 manat təşkil etdiyini deyən icra başçısı ümumi məbləğin ailə tərkibindən asılı olduğunu deyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR