ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Rusiyada təyyarə qəzasında ölən "Haqqıdı" ləqəbli azərbaycanlı kimdir? - Bu gün meyiti gətiriləcək - mia.az
Şriftin ölçüsü / 403 dəfə oxunub

Rusiyada təyyarə qəzasında ölən "Haqqıdı" ləqəbli azərbaycanlı kimdir? - Bu gün meyiti gətiriləcək

12 Fevral 2018 [14:10]
Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək.

"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanovun doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.  

Məlumata görə, 1971-ci il təvəllüdlü Namiq İnayət oğlu Qəhrəmanov uşaq vaxtlarından Rusiyaya gedib. O, Orsk şəhərində fəaliyyət göstərən tikiş sexinin sahibi olub. Məlumata görə, N.Qəhrəmanov sexi rusiyalı qadın biznesmenlə şərik işlədirmiş.

"Haqqıdı" ləqəbli N.Qəhrəmanov "İsim" ləqəbli qardaşı ilə birgə əvvəllər kiriminal ailəmin üzvü olublar. Lakin sonra N.Qəhrəmanov kiriminal ailəmdən uzaqlaşıb. Qardaşı isə qanunsuz silah gəzdirdiyinə görə mühakimə olunub və hazırda həbsdədir. N.Qəhrəmanovun  ailəsi Yevlax şəhər Adil İsgəndərov küçəsində yaşayır. Onun meyitinin bu gün doğulduğu Yevlax rayonuna gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir. 

Qeyd edək ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb. Ölənlərdən biri Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovdur. 


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR