22-01-2018 [14:59]
Problemli kreditlərin həcmi artmaqda davam edir. Statistikaya görə, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi ötən il dekabr ayının 1-nə 1 milyard. 890,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, bu illik müqayisədə 417,7 milyon manat və ya 28,4% çoxdur. Ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda problemli kreditlərin həcmi 700 min manat və ya 0,04% artıb. Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 15,46% təşkil edir.
Məlum olduğu kimi, problemli kreditlərin yükünü nə dövlət, nə də banklar paylaşmadığından ən böyük ağırlıq vətəndaşların üzərindədir. Buna baxmayaraq, problem bank sektorunu da çökdürüb. Çünki banklar verdikləri kreditləri yığa bilmədiklərindən , yeni kredit xətləri də aça bilmirlər. Kreditləşdirmə olmadan isə bankların sağlamlığından söhbət gedə bilməz. Vaxtilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca şişir. Kredit portfelinin mühüm bir hissəsini problemli kreditlər təşkil edir.
Bəs görəsən, bu il problem tam şəkildə həllini tapacaqmı? Son 3 ildə bank sektorunun, eləcə də bütövlükdə iqtisadiyyatın əsas bəlasına çevrilən problemli kreditlərin həlli üçün hansı addımların atılmasına ehtiyac var?
"Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli də təsdiqləyib ki, problemli kreditlərin həcmi durmadan artır:
"Rəsmi rəqəmlərə görə, problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 16 faizə çatıb, beynəlxalq reytinq agentliklərinin hesabalamalarına görə, 25-30 faiz civarındadır. Bu da çox böyük rəqəmdir. Bu beynəlxalq aləmdə qəbul olunmuş normadan 10-12 dəfə artıqdır. Dünyadan problemli kreditlərin həcmi 3 faizdən yuxarı olan kimi həmin banklar dərhal başqa mənbələrdən maliyyələşmək üçün problemin həlli üçün addımlar atmağa, proqramlar qəbul etməyə başlayırlar. Azərbaycanda isə problemli kreditlərin həcmi bu norma və standartları dəfələrlə keçib. İlkin mərhələdə bankların tez-tez məhkəmələrə müraciət etməsinin də bir effekti olmadı. Məhkəmələrdə minlərlə belə işlər yığılıb qalıb. Əgər vətəndaşın krediti ödəməyə imkanı yoxdursa, istər məhkəmə qərarı olsun, istərsə də olmasın, onsuz da ödəmək iqtidarında olmayacaq. Ona görə də son zamanlar banklar tərəfindən vətəndaşların məhkəmələrə verilməsi halları bir qədər azalıb”.
N.Cəfərlinin fikrincə, məsələnin ən pis tərəfi də bu oldu ki, son iki ildə problemli kreditlərin həcmi artdıqca ən böyük yük vətəndaşın çiynində qalır:
"Biz iki il öncə məsuliyyətin üç yerə bölünməsi formulunu da təklif etmişdik. Mərkəzi Bank, banklar və vətəndaşlar devalvasiyadan sonra yaranmış əlavə faizləri bərabər şəkildə bölüb, məsuliyyəti 3 yerə bölə bilərdilər. Hesab edirəm ki, bu il bank sektorunda bəzi bankların bağlanması və ya birləşdirilməsi prosesi davam edəcək. Hökumət son nəticədə ayaqda qalan banklara yardım etməyə məcbur olacaq. Çünki nə banklar, nə də vətəndaşlar öz gücünə bu vəziyyətdən çıxa bilməyəcək. Son nəticədə ya Mərkəzi Bankın, ya da hökumətin birbaşa müdaxiləsi tələb olunacaq ki, bu problem həll olunsun. İlin sonuna qədər bu qərar verilə bilər. Çünki problemli bankların tamamilə sıradan çıxarılması prosesi də davam edəcək. Bunu son günlərdə ”Moodys” və "Fitch” kimi beynəlxalq agentliklər də açıqladı ki, bu proses davamlı şəkildə gedəcək. Ola bilər ki, ilin sonuna yaxın ayaqda qalan banklara dəstək proqramı qəbul olunsun, onlar da vətəndaşlara ciddi güzəştlər etməyə başlasınlar”.
İqtisadçı hesab edir ki, seçki ilində hökumət bu problemin həlli istiqamətində mühüm addımlar ata bilər:
"Görünən odur ki, problemin başqa həlli yolu yoxdur. Vətəndaşlar kreditləri qaytara bilməyəcək, banklar da öz gücü hesabına insanlara güzəşt edə bilməyəcək. Banklar güzəşt etdikcə vergi və dövriyyə ilə bağlı öhdəlikləri də artacaq. Ona görə də dövlət belə bir addım ata bilər. Bu il həm də seçki ilidir. Mümkündür ki, seçkilərə bir neçə ay qalmış belə bir addım atılsın, bu da seçkinin iqtidar üçün daha rahat keçməsinə şərait yarada bilər. Banklar bağlanması isə istənilən halda davam edəcək, bu qaçılmaz bir prosesdir. Çünki Azərbaycanda kifayət qədər zəif banklar var.
Onlar ümumiyyətlə bu prosesdə iştirak edə bilmirlər, bəziləri böyük valyutadəyişmə məntəqəsinə çevrilib. Ancaq valyutadəyişmə əməliyyatlarından pul qazana bilirlər. Verdikləri kreditləri isə toplaya, yeni kredit xətlərini isə aça bilmirlər. Ona görə də, bu konsolidasiya prosesi davam edəcək. Ola bilər ki, bu il bağlanmadan daha çox birləşmə xəbərləri eşidək. İki-üç bankın birləşdirilməsi yolu ilə sağlamlaşdırma addımları atılacaq.
Sonda isə Mərkəzi Bankın və ya hökumətin birbaşa dəstəyi olmadan bu problem həll olunmayacaq. Problemin həlli üçün 5-6 milyard manat əlavə vəsaitə ehtiyac var ki, əsas sual da hökumətin bu vəsaitin xərclənməsinə razı olub-olmayacağıdır”.
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb