Şriftin ölçüsü / 466 dəfə oxunub

Ərdoğanla Putin razılaşdı: Qüds müzakirəsi - Telefon danışığı

07 Dekabr 2017 [22:29]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər Qüdslə bağlı baş verən son proseslər haqqında fikir mübadiləsi aparıblar.

Ərdoğan İsrailin 1980-ci ildə Qüdsü ilhaq etməsi ilə bağlı qərarının BMT tərəfindən rədd edildiyini həmkarının diqqətinə çatdırıb və Trampın son qərarının regionda sülhü zədələcəyini əlavə edib.

Putin də öz növbəsində Ərdoğanla həmfikir olduğunu bildirib və bu məsələni BMT TŞ çərçivəsində diqqətdə saxlayacaqlarını vurğulayıb.

Hər iki lider beynəlxalq məsələlərlə bağlı müzakirələr aparmaq üçün daim əlaqədə olacaqları ilə bağlı razılığa gəlib/Axar.az.


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi