Şriftin ölçüsü / 156 dəfə oxunub

Ərdoğan Rusiyadan qayıtdı, Lavrov bölgəyə gəlir - Qarabağla bağlı yeni mərhələ başlayır?

14 Noyabr 2017 [12:21]
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın həftə ərzində Azərbaycana və Ermənistana səfər edəcək.

Rusiyalı nazir noyabrın 19-da Bakıya, 20-də isə Yerevanda olacaq.

S.Lavrovun regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək/APA

Qeyd edək ki, Ərdoğanın dünən Rusiya prezidenti Putinlə Qarabağ münaqişəsi ilə bağı müzakirəər apardığı istisna olunmur. Çünki Ərdoğan səfərdən əvvəl Putinlə Qarabaağla bağlı danışıq aparacağını açıqlayaraq, belə bir mesaj vermişdi: "Əgər cənab Putin istəsə, Qarabağda böyük irəliləyişə nail olmaq olar".

Maraqlı budur ki, dünən Ərdoğanla Putin birgə mətbuat konfransında Qarabağla bağlı vəziyyətə toxunmayıblar. Lakin Kremlin sözçüsü Dmitri Peskovun "Görüşdə elə mürəkkəb mövzular müzakirə ounub ki, onarın detallarını açıqamaq olmaz" deməklə, müzakirələrdə Qarabağın da əsas mövzu olduğuna böyük ehtimal yaradıb. Bunu qüvvətləndirən əsas faktorlardan biri isə Ərdoğanın dönüşündən dərha sonra Lavrovun Azərbaycan və Ermənistana səfər tarixinin açıqlanmasını göstərmək olar...

Ən əsas məsələ isə odur ki, Ərdoğanın Putinə müzakirəsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarixi işlər naziri Sergey Lavrovun Bakıya gələcəyini bu gün təsdiqləyib

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, S.Lavrov noyabrın 20-də Azərbaycanda səfərdə olacaq.

H.Hacıyev deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Mia.az




SON XƏBƏRLƏR