MSK nümayəndələrini Gürcüstandakı seçkiləri izləməyə göndərdi

img

19-10-2017 [14:38]


Gürcüstanda oktyabrın 21-nə təyin olunmuş növbəti yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkiləri 20 minə yaxın yerli və 600 beynəlxalq müşahidəçi izləyəcək.

Mia.az AZƏRTAC-a istinadlaxəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər sırasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri də var.

"Azərbaycan nümayəndə heyətinin iki üzvü artıq Gürcüstandadır və onlar seçkilərə hazırlığın vəziyyətini araşdırırlar”,- deyə D.Cavaxadze vurğulayıb.

O deyib: "Gürcüstan demokratik dövlətdir və bu seçkiləri də azad, şəffaf və ədalətli keçirməkdə israrlıdır. Seçkilərə hazırlıqla bağlı bütün prosedur qaydalar yerinə yetirilib.

Artıq bütün dairə və məntəqə seçki komissiyaları qanuna müvafiq qaydada işləyirlər. Oktyabrın 21-də bütün vətəndaşlarımız öz namizədlərinə səs verə biləcəklər".

Onun sözlərinə görə, seçkilərdə milli azlıqların nümayəndələri də sərbəst iştirak edəcəklər. 

Gürcüstanın inkişafında xüsusi yeri və rolu olan azərbaycanlılar parlament seçkilərində olduğu kimi bələdiyyə seçkilərində də mübarizə aparırlar. Artıq 100-dən çox azərbaycanlının namizədliyi həm proporsional, həm də majoritar sistemdə qeydiyyata alınıb.

Bu gün Gürcüstanda 73 dairə seçki komissiyası, 3636 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Seçki məntəqələrindən 208-i azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə yaradılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq