İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı - Məhkəmə rəsmi məktub göndərdi, başçı təkzib etdi

img

19-10-2017 [13:50]


Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesdə iştirak etməsi üçün Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova rəsmi məktub göndərib.

R.Məmmədov dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun cinayət işi üzrə şahid qismində tanınıb.
T. İbrahimov R. Məmmədovun məhkəməyə çağırılması üçün bir neçə dəfə vəsatət qaldırıb. O, ittiham olunduğu dələduzluq əməlində vasitəçi olduğunu iddia edib.

Qeyd edək ki, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

T.İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub(apa).

**** 

İcra başçısı xəbəri təkzib edib. "Qətiyyən belə bir şey olmayıb. Mənə heç bir məktub gəlməyib və heç bir məhkəməyə çağırılmamışam”.

İcra başçısı T.İbrahimovu tanıdığını qeyd edib: "Əlbəttə, tanıyıram. Ağdamlıdır, mən onu necə tanımaya bilərəm. 30-40 ildir institutu bitirib gəlib. Bir daha deyirəm ki, onun məhkəməsində şahid qismində iştirak üçün çağırılmamışam”(modern.az).





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq