“Atletiko” "Qarabağ"la oynamaq üçün Bakıya gəldi - Çempionlar Liqası

img

17-10-2017 [00:14]


"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko” artıq Bakıdadır. 

Apasport.az saytının məlumatına görə, Madrid klubu bir neçə dəqiqə əvvəl paytaxtımıza ayaq basıb.
 
Maraqlıdır ki, İspaniya təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL da onlar üçün "Karabakh” adlı "Airbus 340-500” təyyarəsini göndərib.
 
Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Klub özü də bu barədə instaqram hesabından paylaşım edib.
 
"Atletiko” "Marriot” otelində məskunlaşacaq.
 
Qeyd edək ki, "Qarabağ” – "Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR