Şriftin ölçüsü / 151 dəfə oxunub

Məktəbdən çıxarılan 8 yaşlı qız yenidən təhsilə cəlb edildi - Rəsmi açıqlama

11 Oktyabr 2017 [17:50]
Şirvan şəhər 4 saylı orta məktəbdə oxuduğu 1-ci sinifdən uzaqlaşdırılan 8 yaşlı Qarayeva Aytac Şahin qızı yenidən təhsilə cəlb olunub.

Mia.az xəbər verir ki, bu barədə BakuPost.az-a Şirvan şəhər Təhsil Şöbəsindən məlumat verilib. Bildirilib ki, daha əvvəl uşağın valideyni quruma hər hansı müraciət etməyib. Araşdırmalardan sonra məlum olub ki, A.Qrayevanın valideyni övladının I sinfə qəbul olunması ilə bağlı şəhər 4 nömrəli tam orta məktəbə müraciət edərkən, ona, övladının 8 yaşı tamam olduğu üçün adi qaydada deyil, yalnız fərdi təhsilə cəlb edilməsi mümkün olduğu bildirilib. Bununla əlaqədar valideyndən mövcud sənədlərin təqdim olunması xahiş edilib, lakin valideyn həmin sənədlərin təqdim edilməsini gecikdirib.

"Hazırda valideynin müraciəti əsasında övladının sənədləri tərəfimizdən hazırlanaraq şəhər 4 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb edilməsi təmin edilib”, - deyə rəsmi açıqlamada bildirilib.

Qeyd edək ki, A. Qarayevanın ailəsi BakuPost.az saytına müraciət edərək uşaqlarının Şirvan şəhər 4 nömrəli orta məktəbdə oxuduğu 1-ci sinifdən uzaqlaşdırıldığını bildirmişdi. Səbəb isə Aytac Qarayevanın ailəsində baş verən bədbəxt hadisələr nəticəsində məktəbə 6 yaşında deyil, 8 yaşında getməsi olub. Məktəbin direktoru Gülmirzə Həsənov bildirib ki, Təhsil Nazirliyinin 6 yaşını keçmiş uşaqların 1-ci sinfə qəbul edilməməsi barədə qərarı var.

Məsələyə millət vəkili Aydın Mirzəzadə də reaksiya verərək, Təhsil Nazirliyi ilə əlaqə saxlamış və bildirmişdi ki, iş tezliklə həll edilməsi üçün araşdırılsın.



SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi