Şriftin ölçüsü / 106 dəfə oxunub

Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olundu - Açıqlama + FOTO

11 Oktyabr 2017 [13:24]
Türkiyənin Qaziantep Universitetində çalışan azərbaycanlı professor Babək Qurbanovun "Estetika terminləri lüğəti” adlı yeni kitabı qardaş ölkədə nəfis şəkildə nəşr olunub.

Bu barədə Mia.az-a verilən məlumata görə, uzun illərin tədqiqatının nəticəsi olan bu kitabın işıq üzü görməsindən qürur duyduğunu ifadə edən professor Babək Qurbanov ensiklopedik nəşrin Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında nəşrə hazırlandığını söyləyib.

Alim bildirib ki, əsərdə estetik və bədii terminlərin izahına geniş yer verilməklə yanaşı, mövzu ilə bağlı bir sıra elmi tədqiqatlar da yer alıb.

Hər iki ölkənin ziyalı auditoriyası üçün mükəmməl elmi mənbə olan bu nəşri geniş mənada monoqrafik səciyyəli əsər kimi də dəyərləndirmək olar. Kitabda bəzi termin və anlayışların izahı ilə yanaşı, həmyerlimizin estetika və sənətlə bağlı bir çox elmi jurnallarda və mətbuatda yayımlanmış yazıları da dərc edilib. 

Babək Qurbanov lüğətin sənətçilər, estetika sahəsində çalışan elm adamları, incəsənət fakültəsinin tələbələri, bu sahəyə maraq göstərən oxucular üçün də gərəkli vəsait olacağına inandığını vurğulayıb.



SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi