Dünya mediası "Qarabağ"ı manşetə çıxardı: "Qrup mərhələsində mübarizə aparan ilk Azərbaycan komandası..."

img

24-08-2017 [01:39]


Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ” tarix yazıb.

Mia.az xəbər verir ki,  Qurban Qurbanovun komandası səfərdə "Kopenhagen”ə 2-1 məğlub osa da, Bakıda 1:0 hesablı qələbə qazandığından Çempionlar Liqasının qrup mərhələsinə adını yazdırıb.

"Qarabağ"ın bu tarixi nailiyyəti Azərbaycanda böyük sevinc yaratmaqa yanaşı, dünya mediasında indidən işıqlandırılmağa, səslənməyə başlayıb.

Mia.az bildirir ki, qardaş Türkiyənin ən baxımlı idman kanalı olan "NTV spor" "Qarabağ"ı belə təbrik edib: ""Qarabağ" Danimarkada məğlub olsa da, adını qrup mərhələsinə yazdıran ilk azəri komandası olub. Təbrik edirik, "Qarabağ"ı. Təbriklər".

Türkiyə telekanalı ilə yanaşı, Rusiyanın "Futbol 1" kanalı da "Qarabağ"ın son oyunundan epizodları efirə çıxarıb və komandanın qrup mərhələsinə düşməsini böyük uğur adlandırıb.

Türkiyə və Rusiya kanalları ilə yanaşı, Avropanın bır çox ölkərinin mediası da "Qarabağ"ın uğurunu işıqlandırıblar.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR