Ərəb ölkələri dünyanı seçimə məcbur edir: "Ya biz, ya Qətər..." - Rusiyadakı səfirdən sensasion açıqlamalar

img

28-06-2017 [16:31]


Qətərə diplomatik embarqo tətbiq edən ərəb ölkələri daha bir həmləyə hazırlaşır.

Mia.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliyinin Rusiyadakı səfiri Ömər Ghobaş Böyük Britaniya mətbuatına açıqlama veriib.

Səfir "The Guardian"a açıqlamasında bildirib ki, körfəz ölkələri Qətərə qarşı yeni sanksiyalar tətbiq etmək üçün ciddi məsləhətləşmələrə başlayıb: 

"Qətərin Ərəb Ölkələri Əməkdaşlıq Təşkilatından xaric edilməsi ilə məsələ bitməyəcək. Həm də ərəb ölkələri ilə ticarəti olan bütün ölkə və şirkətlərin qarşısında konkret belə bir şərt qoyulacaq: "Ya biz, ya Qətər. Seçim sizindir". Qətəri seçən ölkələrlə hətta iqtisadi əməkdaşlıq da bütünlüklə dayandırılacaq. Yaxın günlərdə bununla bağlı rəsmi qərarın veriləcəyi gözlənilir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR