İngiltərədəki terrorda azərbaycanlılar olubmu? – Nazirlikdən açıqlama

img

23-05-2017 [13:06]


İngiltərədəki terrorda azərbaycanlıların olub-olmadığı müvafiq orqanlar tərəfindən araşdırılır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, terrorda ölən və yaralanan şəxslər arasında soydaşlarımızın olub-olmadığı hələlik məlum deyil.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi də Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Partlayış nəticəsində 22 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. İŞİD terrorun məsuliyyətini öz üzərinə götürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR