"Yalvarıram, mənə kömək edin..." - Bakıda tənha yaşayan rus qadının mənzilini ələ keçirmək istəyirlər? - Şikayət

img

08-05-2017 [15:01]


Bakı şəhəri, Xətai rayonu, Nobel prospektivev 149, mənzil 20-də yaşayan Lifanova Alla Qriqoriyevna Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, Rusiyanın Azərbaycandakı səfirliyinə və  Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət edib.

Vəkil Ruslan Bayramov tərəfindən Mia.az-a verilən məlumata görə, müvəkkili Lifanova Alla Qriqoriyevna Bakı şəhəri, Nizami rayonu 15 saylı Notariat Kontoru ilə yanaşı, Xətai rayonu, Nobel prospekti ev 149, mənzil 14-də yaşayan Quliyev Tərlan Vahid oğlu ilə elə həmin ünvanda qeydiyyatda olan Quliyeva Sevinc Tehran qızına qarşı məhkəmə qaydasında iddia qaldırıb və bununla bağlı ölkə rəhbəriyindən kömək göstərilməsini xahiş edib.

Şikayətçi, milliyyətcə rus olan qadın ölkə rəhbəriyinə və məhkəməyə müraciətində yazır ki,  rəsmi qeydiyyat vəsiqəsinə əsasən, yaşayış sahəsi 18 kv/m olan və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 149-da yerləşən 20 saylı mənzil onun şəxsi mülkiyyətindədir:

"Mənimlə qonşu olan cavabdeh Quliyev Tərlan Vahid oğlu qonşu kimi mənim evimə gəlib-gedirdi. T.Quliyev mənim tənha yaşadığımı görüb mənim mənzilimə dair mülkiyyət sənədlərimi və şəxsiyyət vəsiqəmi evimdən naməlum şəraidə götürərək, sənədlərin rəngli kserosurətini çıxardıb. T.Quliyev 20 fevral 2013-cü il tarixdə mənim adımdan öz adına saxta etibarnamə almış, həmin etibarnamə Bakı şəhərinin notariusu A.D.Bəşirov tərəfindən təsdiq edilərək reyestrdə 7E-06-4936 № ilə qeydə alınıb. 

Etibarnamədə qələmlə yazılan "adım, soyadım və imza” mənim tərəfimdən icra edilməmişdir. Mən ümumiyyətlə, latın qrafikası ilə yazıb-oxuya bilmirəm. Bundan sonra cavabdeh T.Quliyev mənim əvəzimdən müvafiq sənədlər toplayaraq Bakı şəhəri 15 saylı notariat kontorunda 28.02.2013-cü il tarixli AN-I № 0335910 saylı nisyə alqı-satqı müqaviləsi əsasında mülkiyyətimdə olan mənzili arvadı Quliyeva Sevinc Tehran qızına satıb.

Həmin müqavilədə mənzilin dəyərinin real bazar qiymətindən ucuz, 20000 (iyirmi min) manat məbləğində qiymətləndirilməsi və alacının satıcının arvadı olması və nisyə alqı-satqı müqaviləsi bağlanması onu təsdiq edir ki, mən mənzilimi satmaq niyyətində olmamışam, bu məqsədlə heç kimə etibarnamə verməmişəm".

Şikayətçi yazır ki, həmin alqı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən 80 gün müddətində guya satdığı evdən çıxmağı da öhdəsinə götürüb: 

"Doğrudur, mən hazırda öz evimdə yaşayıram. Mənzilin bütün kommunal xərcləri mənim tərəfimdən ödənilir. Göründüyü kimi, qonşularım mənim mülkiyyətimi qanunsuz yolla ələ keçiriblər. Ona görə də hesab edirəm ki, mənim iştirakım olmadan, saxta etibarnamə əsasında mənim adımdan çıxış edən Quliyav Tərlan Vahid oğlu ilə arvadı Quliyeva Sevinc Tehran qızı arasında Bakı şəhəri 15 saylı notariat kontorunda 28.02.2013-cü il tarixdə bağlanmış AN-I № 0335910 saylı nisyə alqı-satqı müqaviləsi bağlandığı gündən etibarsız hesab edilməlidir".

Daha sonra qanunun bununla bağlı tələblərini sadalayan  Lifanova Alla Qriqoriyevna Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 28.02.2013-cü il tarixli AN-I № 0335910 saylı 4Ə1/209 reyestr nömrəli nisyə alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi, eyni zamanda, cavabdeh şəxslər barəsində xüsusi qərardad çıxarılaraq aidiyyətı orqanlara məlumat verilməsinə kömək göstərilməsini xahiş edir:

"Cənab Prezident, hörmətli müraciət etdiyim dövlət və səfirlik rəhbərləri, mən artıq qeyd elədiyim məsələ ilə bağlı vəkillə müqavilə bağlayıb, Xətai Rayon Məhkəməsinə iddia ərzisəsi təqdim etmişəm. Lakin etiraf edirəm ki, Azərbaycan məhkəmələrinin ədalətli araşdırma aparıb, qanuni addım atmasına inamım azdır. Mən tənha qadınam, arxamda övladlarım, həyat yoldaşım, qohumlaım olmadığından, bu faktordan sui-istifadə edərək, əmlakımın qanunsuz olaraq, mənimsəniləcəyindən çox qorxuram. Ona görə sizlərə üz tutub, yalvarıram, belə özbaşınalığın baş vermə ehtimalına qarşı başıma gətirilən hadisəni nəzarətinizə götürəsiniz".

Sonda şikayətçi deyir ki, o, Vətəni Azərbaycanda rus millətindən olan bir qadının hüquqlarının qanun çərmivəsində qorunacağına inanır: "Mən əminəm ki, müraciət etdiiyim Prezident, xanımı və aidiyatı qurumların rəhbərləri qanunsuzluğun davam etməsinin qarşısını daha kəskin formada alacaqlar".

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR