11 yaşlı idmançı qəzaya düşdü, xəstəxanada vəfat etdi - Açıqlama

img

24-04-2017 [00:20]


Dünən kartinq üzrə Asturiya çempionatının şənbə yarışında qəza zamanı aldığı zədələrdən sonra Qonzalo Basurto dünyasını dəyişib.

Mia.az F-1.az-a istinadən bildirir ki, Fernando Alonsoya məxsus olan trasda baş tutan həftəsonu zamanı 11 yaşlı Basurtonun kartı qəzayla aşıb. 

Gənc sürücü ağır vəziyyətdə Asturiyanın paytaxtı Ovyedonun mərkəzi hospitalına çatdırılıb. 

Amma bu gün səhər İspaniya Avtomobil Federasiyası Basurtonun özünə gəlmədən dünyasını dəyişdiyini təsdiq edib: "Qonzalo Basurtonun vəfatı barədə xəbəri təsdiq edirik. İspaniya avtoidmanı onu itirdiyinə görə kədərlidir. Torpağın yüngül olsun, Qonzalo…”.

Digər xəbərlər
SON XƏBƏRLƏR